Dünyanı sarsıdan əcayib səsləri kim çıxardır?

annoying-sounds

Məşərin səslərini açıqlayan 5  variant

Bu günlərdə ən çox danışılan mövzulardan biri dünyanın bir neçə yerində həmçinin Bakıda eşidilən əcayib səslərdir. Bu səslər bizi narahat etməklə yetinmir üstəlik bizi düşündürməyə vadar edir. Maaşlarımız, hava şəraiti, avto-tıxaclar, Elmlər akademiyasında çalışmayan eskalator kimi mövzülarla qıyaslana bilməsə də bu mövzuya heç olmasa bir-iki söz ayırmamaq kobudluq olardı. Bu səsləri eşidəndə onların hardan gəlməsi ilə bağlı ağlıma ilk gələn 5 variantı sizinlə paylaşmaq istəyirəm.

5)  Mayalılar

Nəsilləri kəsilsə də özlərindən sonra gələcək nəsillərə ancaq bir dənə bəd xəbər qoyub gedən mayalılar haqlı ola bilər. Nəzərə alsaq ki, bu il 2012-ci ildir və Hollivud o qədər əziyyət çəkib Apokalipsis 2012 filmini ekranlara verib bu səslər trilogiyanın davamı ola bilər. Ya da ola bilsin Mayalıları pərt eləməmək və kassa yığımını daha da artırmaq üçün kino studiya rəhbərləri bu ”səs” fırıldağına əl atıblar.

Müsəlman olmayan hər kəs üçün bu il çox təşviş içində keçəcək. Müsəlman olduğunu düşünənlər üçün isə bu il tərəddüdlərlə dolu olacaq. Ateistlər “onsuz da təsadüfən yaranmışdıq, nə vaxtsa nəslimiz bu cür tükənməli idi” deyib rahat nəfəs alacaqlar.

Səslərin yaranması isə kainatda olan bütün mikro-makro sistemlərin kompleks şəkildə deformasiya olunması ilə əlaqələndiriləcək.

Bəziləri üçün isə bu il sadəcə köhnə illər üçün nostalji və peşmanlıq hisslərini gücləndirəcək. Bir sözlə Mayalılar öz istədiklərinə nail olacaqlar. Yəni soyları tükənib getsə də bu il onları hamı yad edəcək. Hollivud onlar haqqda bir film daha çəkəcək. İlin ortalarından sonra çəkilən bu film insanlıq dövrünün ən çox baxılan və ən çox satılan filmi olacaq.

4)  İlluminatlar

Son zamanlar hansı xəbər və dedi-qodu kolunu açmasan içindən bu qəribə illuminatlar çıxır. Hətta Mark ZuckerbergBeyonce kimi tanınmış üzvləri olduğu iddia edilən bu sirrli sindikat bu gün bu qədər məşhur olmasını Den Brauna və xüsusi ilə də Tom Henksə borcludur. Digər bir şayəyə əsasən dünyada heç nə onların xəbəri və icazə olmadan baş vermir. Dünya valyuta fondu, dollar məzənnəsi, bir sıra ölkələrin başçıları bu klana xidmət edir və onlar bütün dünyanı vahid bir ölkə altında birləşdirmək istəyirlər. Bu istiqamətdə görülən ilk kəsərli addım isə əcayib səslər çıxararaq insanlar içində global qorxu yaratmaqdır.  Nəzərə alsaq ki, bu gün insanlar şayələrə xəbərlərdən daha çox inanır İlluminatlar 4-cu yer üçün ən münasib görülən namizəd olur.

3) Səyahət edən Rok qruppa

Bu gün şou biznesdə olan rəqabət 3-cü dünya müharibəsinə bənzəyir. Hər kəs dünya səhnələrində öz “kvadrat metrəsi” üçün can qoyur. Milyonlarla müğənni və qrupların olduğu bu sənət aləmində yeni gələnlərə heç kim öz yerini vermək istəmir. Məşhurlaşmağa can atan və illərlə uğuru axtaran rok musiqisini ifa edən tanınmamış qruplardan biri belə bir “əcayib konsertə” imza atmış ola bilər.

Olan- qalanlarını satıb səs apparaturasına xərcləyən və məsələyə bir az da “perkussiya” əlavə edən rok qrupunun tanınmamışdan öncə dünya turnesinə çıxması düşünülür. İfa eləmək üçün düz əməlli mahnı və söz qalmadığından 2012-ci ildə ən yaxşı tematika “əcayib səslər”  olub.  Çıxış etmək üçün uyğun səhnə tapılmadığından musiqiçilər radikal addım ataraq küncdə bucaqda gizli ifalar edib youtube-a yerləşdiriblər. Beləliklə həm səhnə, həm də dinləyici məsələsi həll edilib.

Əgər bu yaxınlarda xəbər agentliklərindən biri bu müəmmalı  rok qrupu ilə bağlı reportaj hazırlasa heç də sürpriz olmayacaq.

2) Səhiyyə Maqnatları və NASA

Son zamanlar bütün dünyanı müxtəlif tipli griplərə və yoluxucu xəstəliklərə düçar edən sonra da “imdada yetişən preparatları” sataraq yüzlərlə milyardı “ciblərinə” qoyan Səhiyyə korporasiyaları bu global qorxu+qlobal baş ağrı=Aspirin lahiyəsindən yan keçmiş ola bilməz.

Nəzərə alsaq ki Azərbaycanda illərlə davam edən tikinti işləri və ardı-arası kəsilməyən mexanikanın səsi “aptek partlayışına” səbəb olub Səhiyyə milyarderləri bu lokal fenomeni dəyərləndirmək və daha çox pul qazanmaq istəyib. Bu lahiyəni reallığa çevirmək üçün NASA Kosmik Araşdırmalar Mərkəzi ilə şərikli iş görülüb. NASA da öz növbəsində araşdırmalarını davam etdirmək və sputniklərin pul xərcini çıxarmaq üçün “əcayıb səsləri” təqlid etməyə razılığını verib. Düşünsək ki, on illərlə kosmosda bir səs belə eşitməyən alimlər bu səssizlikdən zara gəlib və iş həyatlarına əllərində olan texniki imkanlarla bir az macəra qatmaq istəyib 2-ci yeri tutan bu varianta bütün haqqları qazandıra bilərik.

1) Amerika höküməti və Avropa Birliyi

Bəlkədə planetimizdə bu iki qüvvəni duymayan və bilməyən yoxdur. Son 50 ildə isə fasiləsiz olaraq media tərəfdən işıqlandırılan Amerika idarəçiləri və Avropa birliyi dünyanın nəzərlərini öz yaxalarından bir az belə olsun çəkməyə çalışırlar. Üstəlik onların hamıya borclu olduğu trilyonlarla dollar bu addımı atmağa məcbur edir. Onsuz da bu pulları qaytara bilməyəcəyini bilən Böyük İkili bu biyabırçılığı birtəhər ört basdır etmək üçün ən əcayib yola əl atıblar. İnsanların qorxu tellərini işə salaraq onların fokuslarını təmiz ayrı istiqamətə yəni məşər gününün gəlməsinə çəkirlər.

Nevada ştatında olan və illərlə heç kimə fəaliyyəti açıqlanmayan (52-ci zona) bu əcayib işlərin mərkəzi qərargahıdır. Bütün səslər oradan idarə edilir və geydirmə UFO propogandasından sonra ikinci lahiyəyə start verilib. Amerika rəsmiləri ölkənin məzlum vergi ödəyicilərinin Bağdad və Kabul zonalarında itirdiyi trillionları qaytarmaq əvəzinə “naməlum səslərlə mübarizə” lozunqu altında növbəti planı hazırlayır və beləliklə də növbəti trilyonları havaya sovurmağa planlaşdırır.

P.S: Bu variantlardan hansı sizin ürəyinizə daha yaxındır və ya ağlınıza gələn başqa maraqlı variantlarınız varsa aşağıda onları qeyd  edə bilərsiniz… 

 

 

3 Responses to Dünyanı sarsıdan əcayib səsləri kim çıxardır?

  1. http://www.youtube.com/watch?v=ItD6dQa5ncw
    bu filmdeki seslerle eynidir,amma real ewidenler var. nu mence NASA-nin iwidir, saxta UFO fenomeninden sora novbeti oyun…

  2. JoshgunKarimov says:

    Elza seninle raziyam…bugun bu sesleri ancaq NASA kimi arashdirma merkezleri “yamsilaya biler”…amma dostlarimdan biri deyir mobil telefon ve maqnitafon sohbeti de gundemdedir.

  3. Del says:

    Saved, I really like your blog! :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>